RU

İsrail səfirinin müavini: "Qarabağ" futbol klubuna azarkeşlik etdiyim üçün qürur duyuram

İsrailin Azərbaycandakı səfirinin müavini Aviv Zel UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" klubuna qarşı matçda Azərbaycanın "Qarabağ" klubuna azarkeşlik etdiyini bildirib.

Diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gecə Bakıda necə bir matç oldu! Möhtəşəm azarkeşlərlə birlikdə "Qarabağ" futbol klubuna azarkeşlik etdiyim üçün ("Çelsi"yə qarşı) qürur duyuram - bu, həqiqi sevinc və həqiqi fəxrdir. Azərbaycanlı dostlarımızı meydanda və ondan kənarda həmişə dəstəkləməkdən məmnunuq", - o yazıb.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Избранный
37
herbiand.az

1Источники