Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin zəfər yürüşü başlayıb.
Moderator.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yürüşlərdə "Müzəffər Ali Baş Komandan!", "Zəfərin mübarək, Azərbaycan!", "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ Azərbaycandır!" və başqa şüarlar səsləndirilir.
Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş Qəzənfər Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətlərini əhatə edir.
Qeyd edək ki, hazırda bundan əlavə Bakıda Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, eləcə də "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmaməddin Nəsimi heykəli - Neftçilər prospekti istiqamətlərində də yürüşlər keçirilir.