RU

Neftimizin qiyməti 65 dollara düşdü

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,39 ABŞ dolları, yaxud 0,59 % azalaraq 65,43 ABŞ dolları təşkil edib.

Paralel.az xəbər verir ki bu barədə informasiya hərracların nəticələrində yer alıb.

Belə ki, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 64,56 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,42 ABŞ dolları və ya 0,66 % azalaraq 63,37 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Избранный
16
4
paralel.az

10Источники