RU

Gündə 5 saat yatmaq kifayət edir? - Alimlər açıqladı

Əgər siz saat 23:00–00:00 arası yatıb səhər 04:00–05:00-da özünüzdən asılı olmayaraq oyanırsınızsa, bu, təkcə vərdiş deyil, çox nadir genetik xüsusiyyət ola bilər.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, bəzi insanlarda “qısa yuxu geni” mövcuddur.
 
Mütəxəssislər bildirirlər ki, insanın bioloji ritmi və yuxu rejimi genetik olaraq formalaşa bilər. Bu mutasiya sayəsində insanlar gecə 6 saatdan az yatıb tam istirahət etmiş kimi özlərini enerjili hiss edirlər. Onlar yatmaq üçün cəmi 4–5 saatdan istifadə edir, yorğunluq, enerji çatışmazlığı, diqqət pozğunluğu və ya sağlamlıq problemləri yaşamırlar. Bu xüsusiyyət irsi keçir. Belə insanlar çox az olsa da, gecə 5 və ya daha az saat yuxu ilə tam gücündə oyanmağı bacarırlar.
 
Aşağıda bu nadir genə sahib insanlar üçün xarakterik olan üç xüsusiyyət göstərilir:
 
1. Yüksək məhsuldarlıq və enerji
 
Araşdırmalara əsasən, az yatan insanlar çox vaxt ambisiyalı, pozitiv, ünsiyyətcil və optimist olurlar. Onlar yuxu azlığından yaranan tipik risklərlə ürək-damar xəstəlikləri, piylənmə, diabet, depressiya və yaddaş pozğunluqları ilə üzləşmirlər.
 
2. Güclü yaddaş
 
Qısa yuxu geninə sahib olan insanların yaddaşı çox güclü olur. Onlar məlumatları daha tez yadda saxlayır və uzun müddət xatırlayırlar.
 
3. Yuxuya və qəhvəyə ehtiyac duymurlar
 
Əksər insanlar səhər ayılmaq üçün qəhvəyə ehtiyac duyur. Lakin bu geni daşıyanlar nə qəhvəyə, nə də gündüz yuxusuna ehtiyac hiss edirlər.
 
Massaçusets Ümumi Xəstəxanasının nevrologiya üzrə professoru, Harvard Tibb Məktəbinin mütəxəssisi Elizabet Klerman bildirir ki, bu insanlar “özlərini yuxusuzluğa alışdırmırlar”, onlar doğulduqları gündən belədir.
 
Tədqiqatlara görə, dünya əhalisinin cəmi 1%-i bu genetik xüsusiyyətə malikdir. Başqa sözlə, hər 4 milyon insandan yalnız biri bu “super yuxu” geninə sahibdir.
 
Sizdə bu gen ola bilər, əgər:
 
Rutin olaraq 6 saat və ya daha az yatırsınız və özü-özünüzə oyanırsınızsa, uşaqlıqdan bəri az yatıb özünüzü yaxşı hiss etmisinizsə, 6 saatdan çox yatanda özünüzü pis hiss edirsinizsə, gündüz yatmağa ehtiyac duymursunuzsa, qəhvəsiz də enerjili ola bilirsinizsə, az yuxu ilə də diqqətli və düşüncə cəhətdən aydın qalırsınızsa.
 
Избранный
10
1
moderator.az

2Источники