RU

Ancelina Coli Ukrayna səfəri barədə hakimiyyətə məlumat verməyib

Aktrisanın mühafizəçisi Herson vilayətinə gedərkən saxlanılıb, Coli onu azad etdirmək üçün TÇK-ya gedib...

Poliqon xəbər verir ki, “Politico” nəşri ABŞ aktrisası Ancelina Colinin Ukraynaya səfəri ilə bağlı maraqlı hadisəni işıqlandırıb. Ukraynalı rəsmilərin sözlərinə görə, Hollivud ulduzu ölkəyə səfər etməzdən əvvəl rəsmi icazə almadan və Ukrayna hakimiyyətinə xəbər vermədən sərhədi keçib.

Məlumata görə, Coli Ukraynaya piyada keçərək daxil olub və onunla birlikdə olan kişi – aktrisanın şəxsi mühafizəçisi, Herson vilayətinə yola düşərkən nəzarət məntəqəsində saxlanılıb.

Hadisə Mıkolayev vilayətinin Pivdennoukrainsk şəhəri yaxınlığında baş verib. Aktrisanın olduğu cip avtomobili blokpostda saxlanılıb, mühafizəçiyə isə sənədlərində problem olduğu bildirilib. O, “mən çox vacib bir şəxsi aparıram” desə də, hərbçilər onu TÇK-yə (Ukraynadakı hərbi çağırış mərkəzinə bənzər qurum) aparıblar.

Nəticədə Ancelina Coli mühafizəçisini azad etdirmək üçün şəxsən həmin mərkəzə gedib və orada məsələni həll etmək üçün xahiş edib. Ukrayna rəsmiləri hadisənin xoşagəlməz bürokratik insident olduğunu təsdiqləyiblər.

Politico qeyd edir ki, Coli səfərini humanitar məqsədlə – müharibədən zərər çəkmiş ərazilərdəki qadın və uşaqlarla görüşmək üçün həyata keçirib, lakin bu səfər barədə nə Ukrayna Xarici İşlər Nazirliyinə, nə də Müdafiə Nazirliyinə əvvəlcədən məlumat verilməyib.

Ekspertlər hesab edirlər ki, bu hadisə Ukraynada xarici şəxslərin hərbi zona səfərləri üçün icazə qaydalarının sərtləşdirilməsinə səbəb ola bilər.

Poliqon.info

Избранный
56
poliqon.info

1Источники