RU

Tramp Nyu-York meri seçkilərinin nəticələrindən narazılığını ifadə edib

ABŞ prezidenti ölkənin ın böyük şəhəinrdə “kommunistin” qalib gəlməsini sərt tənqid edib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Nyu-York meri seçkilərinin nəticələrindən açıq şəkildə narazılığını bildirib. Seçkilərdə qalib gələn Zohran Mamdani Demokrat Partiyasının sol və sosialist qanadını təmsil edir. Tramp çıxışında Mamdanini “kommunist” adlandırıb və bu nəticənin Amerika dəyərlərinə zidd olduğunu vurğulayıb.

Tramp Mayamidə keçirdiyi mitinqdə “Birləşmiş Ştatlarda kommunizmə heç bir formada yer olmayacaq” deyərək, ölkənin bu cür ideologiyalardan qorunmasının vacibliyini qeyd edib. O, həmçinin zarafatla bildirib ki, “kommunist Nyu-York”dan qaçmaq istəyən amerikalılar üçün Mayami “sığınacaq şəhərinə” çevriləcək.

Seçkilərdə Zohran Mamdaninin qələbəsi ABŞ-da siyasi spektrin sol cinahının güclənməsinin göstəricisi kimi qiymətləndirilir. Tramp tərəfdarları isə bu nəticəni ölkədə “solçuluğun artması” və “ənənəvi dəyərlərin zəifləməsi” kimi dəyərləndiriblər.

Poliqon.info

Избранный
15
1
poliqon.info

2Источники