RU

Prezidenti öpmək istəyən şəxs saxlanılıb

Prezidenti

Meksika prezidenti qəfil zorakılığa məruz qalıb. Ölkə mətbuatının yazdığına görə, ictimai tədbir zamanı dövlət başçısı Klaudiya Şeinbauma bir kişi hücum edib. Bu şəxs prezidentin razılığı olmadan qəfildən onu öpməyə cəhd göstərib.

Reyting.az
xəbər verir ki, bu qəribə hadisə noyabrın 4-də paytaxt şəhəri Mexikonun mərkəzində qeydə alınıb.

Şeinbaum yerli sakinlərlə söhbətləşdiyi zaman onların arasındakı bir kişi dövlət başçısının çiynindən tutub və onu öpməyə, sinəsinə toxunmağa çalışıb. Lakin Meksika prezidenti həmin şəxsi kənara itələyib və mühafizəçilər müdaxilə ediblər.

Baş verən bu xoşagəlməz hadisə ilə bağlı polisə şikayət edən Şeinbaum həmin şəxs barədə tədbir görülməsini istəyib. Dövlət başçısı bildirib ki, belə davranışlar bütün qadınlara qarşı zorakılığın göstəricisidir.

Meksika polisi gözlənilmədən prezidentə qarşı belə kobud jest edən 33 yaşlı Uriel Rivera adlı şəxsi saxlayıb. Məlumata görə, bu şəxs əvvəllər də daha iki qadına qarşı oxşar hərəkətlər edib.

Paytaxt polisi bildirir ki, Meksika prezidentinə icazəsiz, eyni zamanda da çox kobud şəkildə yaxınlaşıb onu öpməyə və sinəsinə toxunmağa cəhd edən Rivera çox güman ki, bu hadisə baş verəndə spirtli içki qəbul edib, həmçinin narkotikin təsiri altında olub.

Qeyd edək ki, zərif cinsin nümayəndəsi olan, həmçinin öz ölkəsində tanınan, sevilən bir siyasətçi kimi Klaudiya Şeinbaum Meksika dövləti tarixində ilk qadın prezidentdir.

Oqtay QORÇU
Избранный
90
1
reyting.az

2Источники