RU

Premyer Liqada üçüncü “quru adam”

“Sabah”ın qapıçısı Stas Pokatilov cari mövsüm Premyer Liqada 5-ci dəfə qapısının toxunulmazlığını qoruya bilib.

Sportinfo.az xəbər verir ki, Qazaxıstan millisinin üzvü son olaraq 10-cu turda “Qəbələ” ilə matçda bunu bacarıb.

33 yaşlı qolkiper geridə qalan 9 matçın 5-də rəqiblərin hücumlarının qarşısında sədd qurub. Bu, mövsümün ən yaxşı göstəricisidir. O, 4-cü, 5-ci, 7-ci və 8-ci turlarda da qapısından qol buraxmayıb.

Pokatilovla yanaşı, “Turan Tovuz”dan Oleq Baklov və “Neftçi”dən Kenan Piriç də bu mövsüm 5 quru oyun keçirib. Andrey Sinenka (“İmişli”) və Şahrudin Məhəmmədəliyev (“Qarabağ”) isə 4 qarşılaşmanı quru hesabla tamamlayıb.

Избранный
62
sportinfo.az

1Источники