Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Almaniya 2026-cı ildə Ukraynaya hərbi yardımını 3 milyard avro artıraraq, onu təxminən 11,5 milyard avroya çatdırmağı planlaşdırır. Bakıvaxtı.az “Agence-France Presse”ə istinadən xəbər verir ki, noyabrın 4-də Almaniya Maliyyə Nazirliyindən verilən məlumata görə, planın bir hissəsi olaraq Patriot raket sistemləri dəyişdiriləcək. Nazirliyin sözüçüsü bildirib ki, maliyyə naziri Lars Klinqbeyl Müdafiə Nazirliyindəki həmkarı Boris Pistorius ilə razılaşaraq, 2026-cı il üçün əlavə büdcə qanun layihəsinin bir hissəsi olaraq Ukraynaya əlavə 3 milyard avro yardım təklif edəcək.
Onun sözlərinə görə, yardıma artilleriya, pilotsuz təyyarələr, zirehli texnikalar, həmçinin iki Patriot hava hücumundan müdafiə sisteminin dəyişdirilməsi daxildir.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın “Handelsblatt” qəzeti naməlum hökumət mənbələrinə istinadən belə bir layihədən bəhs etmişdi. Beləliklə, bu əlavə maliyyə Ukraynaya gələn il üçün nəzərdə tutulan yardım büdcəsini 11,5 milyard avroya çatdıracaq.
Aydın Baxış
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.