RU

Azərbaycandan keçməklə Ermənistana daha 132 vaqon buğda göndəriləcək

2026-cı ilin yanvar ayının sonuna qədər Azərbaycandan keçməklə Ermənistana əlavə 132 vaqon buğda göndərilməsi planlaşdırılır.

 

Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, ilk buğda partiyası Rusiyadan Ermənistana çatdırılıb. Rusiya Dəmir Yolları Ulyanovsk vilayətinin Dimitrovqrad stansiyasından 1000 tondan artıq buğdanın daşınmasını təşkil edib.

 

Nazirlik bildirir ki, Azərbaycandan keçməklə Ermənistana yük tranzitinin bərpası nəticəsində yeni logistika marşrutunun fəaliyyəti mümkün olub.

 

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, bu, 1990-cı illərdən bəri ilk belə dəmir yolu daşınmasıdır.

 

Hazırda digər kateqoriyadan olan yüklərin də bu marşrutla daşınması istiqamətində işlər aparılır.

Tarix: 6 Noyabr 2025, 07:55   
Избранный
13
17
pravda.az

10Источники