RU

Fransa vətəndaşı pişiyinə görə ciddi ziyana düşdü

ain.az, Lent az saytına istinadən bildirir.

Fransada ev pişiyi üzündən qonşular arasında qeyri-adi məhkəmə mübahisəsi yaranıb.

Lent.az "Oddity Central" nəşrinə istinadən xəbər verir ki, Yero bölgəsindən olan 70 yaşlı qadın pişiyinin qonşunun mülkünə zərər vurduğuna görə 1 250 avro məbləğində cərimələnib.

Məlumata görə, qonşunun şikayəti əsasında keçirilən məhkəmə zamanı ev heyvanının qonşunun evində pəncə izləri buraxması, evi və bağı çirkləndirməsi sübut kimi təqdim olunub.

Məhkəmə, həmçinin pişiyin qonşunun əmlakına yenidən zərər vuracağı təqdirdə əlavə cərimələrin tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Lakin münaqişə bununla bitməyib. Məlum olub ki, Remi adlı pişik qadağaya baxmayaraq, yenidən qonşunun evinə daxil olub. Bu səbəbdən pişiyin sahibini əlavə olaraq 2 000 avro məbləğində cərimə gözləyir. Həmçinin pişik növbəti dəfə qonşunun həyətinə keçərsə, pişiyin sahibinə hər gün üçün 150 avro cərimə tətbiq olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
67
lent.az

1Источники