RU

Putin nüvə sınaqlarına hazırlıqla bağlı tapşırıq verdi

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən görüşdə nüvə sınaqlarına hazırlıq işlərinə başlama ehtimalına dair tapşırıq verib.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

 

Putin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etmək niyyəti ilə bağlı açıqlaması ciddi məsələ kimi qiymətləndirilir: “Rusiya Təhlükəsizlik Şurası Vaşinqtonun hakim dairələrində səslənən bu bəyanatları diqqətlə təhlil edib. Əgər Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi Müqaviləsinin iştirakçı ölkələri sınaqları bərpa etmək qərarına gəlsələr, Moskva da cavab tədbirləri görmək məcburiyyətində qalacaq. Bununla belə, Rusiya həmin müqavilədən çıxmağı planlaşdırmır”.

Избранный
37
3
senzor.az

10Источники