RU

KXDR: “ABŞ-nin sanksiyaları siyasətimizə təsir etməyəcək”

BAKI, 6 noyabr. TELEQRAF

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyinin ABŞ üzrə müavini Kim In Çxol Vaşinqtonun sanksiyalarını “düşmənçilik siyasətinin davamı” kimi qiymətləndirib və Pxenyanın buna “eyni cavabla” reaksiya verəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədəKXDR Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Diplomatın sözlərinə görə, ABŞ-nin yeni administrasiyası hakimiyyətə gəldikdən sonra artıq beşinci dəfə KXDR-ə qarşı birtərəfli sanksiyalar tətbiq edib.

“ABŞ bir daha öz zəhərli mahiyyətini göstərdi. Onlar sonadək bizə düşmən kimi yanaşmaq niyyətindədirlər. Bu, Vaşinqtonun siyasətində dəyişiklik gözləyən beynəlxalq ictimaiyyətin ümidlərini tamamilə puça çıxardı,” - Kim In Çxolnə bildirib.

O əlavə edib ki, ABŞ-nin sanksiyaları Pxenyanın siyasətinə heç bir təsir göstərməyəcək və “eyni ssenarini təkrarlayaraq fərqli nəticə gözləməyin ağılsızlıq olduğunu” vurğulayıb.

“ABŞ administrasiyası bizə sonadək düşmən kimi davranmaq niyyətindədirsə, biz də sonadək onlara eyni münasibəti göstərəcəyik,” - deyə Şimali Koreya rəsmisi bəyan edib.

Избранный
73
teleqraf.com

1Источники