RU

“Greenpeace” təşkilatı Slovakiyaya qarşı Avropa Komissiyasına şikayət ərizəsi ilə müraciət edib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Bu ilin iyun ayında Slovakiya hökuməti 350 ayının vurulması barədə qərar qəbul edib. Bu, Slovakiyada ayı populyasiyasının təxminən üçdə birini təşkil edir. Qərarın səbəbi 59 yaşlı bir kişinin ayı hücumu nəticəsində ölməsi olub.

AZƏRTAC Polşanın “Gazeta Wyborcza” qəzetinə istinadən xəbər verir ki, Slovakiyada həddindən çox ayı var. Slovakiyanın Baş naziri Robert Fitso vurğulayıb ki, insanlar ayı hücumuna görə meşəyə getməkdən qorxurlar.

“Greenpeace Polska” bildirib ki, 22 oktyabr tarixinə olan məlumata görə, Slovakiyada artıq 180 ayı vurulub. Təşkilat hesab edir ki, ayıların vurulması qeyri-qanunidir. Bununla əlaqədar olaraq Avropa Komissiyasına şikayət verilib.

Polşada təxminən 130 ayı var. Təşkilat vurğulayır ki, ayıların vurulması Polşa sərhədi yaxınlığında da aparılır, buna görə də bu, sərhədyanı bir proses olduğundan Polşa əhalisi üçün təhlükə yaradır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
65
2
azertag.az

3Источники