RU

Venesuela prezidenti Maduroya əlavə səlahiyyətlər verildi

BAKI, 6 noyabr. TELEQRAF

Venesuelanın hakim Birləşmiş Sosialist Partiyasının (PSUV) fövqəladə qurultayı partiya sədri və ölkə prezidenti Nikolas Maduraya əlavə səlahiyyətlər verib.

Teleqraf xəbər verir ki, bu barədə partiyanın baş katibi, daxili işlər naziri Diosdado Kabelyo "Venezolana de Televisión" kanalında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, qurultay “siyasi fəaliyyətin daha səmərəli təşkili məqsədilə” Maduronu partiyanın strukturunu yenidən formalaşdırmaq və milli rəhbərliyi təyin etmək hüququ ilə təmin edib.

Kabelyo əlavə edib ki, rəhbər orqanlarda dəyişikliklər ediləcək, 13 sədr müavini yenidən təşkil olunacaq. Bundan başqa, partiya rəhbərliyində Baş katiblik və yeddi yeni katiblik təsis ediləcək ki, bu da siyasi qərarların effektivliyini artırmağa xidmət edəcək.

Избранный
57
teleqraf.com

1Источники