RU

Rövşən Nəcəf “Qarabağ”ı “Çelsi” ilə heç-heçəyə görə təbrik etdi

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasında klubu ilə 2:2 hesablı heç-heçə etməsi münasibətilə təbrik edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə təmsilçiləri ÇL-in Liqa mərhələsinin 2-ci turu çərçivəsində bu gün Bakıda üz-üzə gəliblər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. Rövşən Nəcəf Azərbaycan çempionunun bu uğuru ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda İngiltərənin “Çelsi” klubu ilə oyunda növbəti tarixi nailiyyətə imza atdı. “Qarabağ” komandasını və azarkeşlərimizi ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram”.

Xatırladaq ki, “Qarabağ” bu heç-heçədən sonra hazırda 7 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
45
24
arena.az

10Источники