RU

“Çelsi”nin baş məşqçisi “Qarabağ”la heç-heçəni şərh etdi

BAKI, 6 noyabr. TELEQRAF

"Bu gün oyuna düzgün başladıq, qol vurduq, amma sonra qapımızda iki qol gördük".

Teleqraf xəbər verir ki, bunu İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Enso Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda "Qarabağ"a qarşı keçirilən qarşılaşmadan sonra deyib.

O, 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib:

"Düşünürəm ki, mən artıq dəfələrlə izah etməyə çalışdım, niyyət Moises, Enzo, Malo və daha çox oyunçuya istirahət vermək idi. Onlar üç gündən bir oynaya bilmirlər. Klublararası dünya çempionatı bizə çox təsir etdi. Buna görə də biz rotasiya etməyə çalışdıq. Qalib gələndə heç kim bunu qeyd etmir, amma etmədikdə, hamının diqqəti buna yönəlir. "Çelsi"nin topla bağlı problemini görmürəm. "Qarabağ" yaxşı pressinq edir, amma bizim də çoxlu şanslarımız oldu. İnkişaf edə bilərik, amma yaxşı şeylər də etdik."

Избранный
61
teleqraf.com

1Источники