Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir Azərbaycan Ordusunun Qarabağdakı qələbəsini “tarixi və dastanlıq mübarizə” adlandırıb:
“Şanlı Azərbaycan Ordusu doğma Qarabağı işğaldan azad etmək üçün igidlik və əzm göstərdi. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü də Türkiyənin gücüdür”- nazir vurğulayıb.