RU

Hansı ölkə neçə dəfə nüvə sılahı sınaqdan keçirib?

Ötən həftə ABŞ prezidenti Donald Tramp nüvə silahı sınaqlarının bərpasına göstəriş verib...

Poliqon xəbər verir ki, Tramp son çıxışında ABŞ-nin ən böyük nüvə silahı arsenalına sahibdir. Buna baxmayaraq, ABŞ prezidenti 3-4 il müddətində Rusiya və Çinin onlara çata biləcəyinfən narahatlığını ifadə edib.

Xatırladaq ki, BMT-nin məlumatına əsasən, ilk nüvə sınağı 1945-ci ildə ABŞ tərəfindən həyata keçirilib. 1996-cı ildə qəbul edilən Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi Müqaviləsinə (CTBT) qədər dünyada 2000-dən çox sınaq keçirilib.

Ən çox sınaq aparan dövlətlər bunlardır:

ABŞ — 1945–1992-ci illərdə 1032 sınaq;
SSRİ — 1949–1990-cı illərdə 715 sınaq;
Böyük Britaniya — 1952–1991-ci illərdə 45 sınaq;
Fransa — 1960–1996-cı illərdə 210 sınaq;
Çin — 1964–1996-cı illərdə 45 sınaq;
Hindistan — 1974-cü ildə bir sınaq.
1996-cı ildən sonra nüvə sınaqları yalnız üç ölkə tərəfindən həyata keçirilib: Hindistan (iki sınaq, 1998), Pakistan (iki sınaq, 1998) və Şimali Koreya (altı sınaq, 2006–2017).

Beləliklə, BMT-nin məlumatına görə, dünyada sonuncu nüvə sınağı 2017-ci ildə KXDR tərəfindən keçirilib. Tramp isə iddia edir ki, bəzi ölkələr, o cümlədən Rusiya və Çin gizli şəkildə nüvə sınaqları apara bilər, lakin bu barədə rəsmi məlumat yoxdur.

BMT qeyd edir ki, Rusiya yalnız nüvə başlıqları daşıya bilən sistemləri (məsələn, “Burevestnik” və ya “Poseydon”) sınaqdan keçirir, lakin sonuncu faktiki nüvə partlayışı 1990-cı il, 24 oktyabr tarixində baş tutub.

Poliqon.info

Избранный
67
poliqon.info

1Источники