UEFA Çempionlar Liqasının “Çelsi” ilə oyununda “Qarabağ” itki ilə üzləşib.
İdmanxeber.az xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində Ağdam klubunun futbolçusu Kadi Borges zədələnərək meydanı tərk edib. Onun yerinə Emmanuel Addai oyuna daxil olub.
Kadi zədəsini “Çelsi”nin oyunçusu Mark Kukurelyanın kobud müdaxiləsi nəticəsində alıb.