RU

“Qarabağ” “Çelsi”yə qarşı: Köhlən atlar hesabı bərabərləşdirdi - Canlı - Yenilənir

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir....

“Qarabağ” və “Çelsi” arasındakı oyununda hesab bərabərləşdi. 1:1. 

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” və “Çelsi” arasındakı oyununda qonaqlar hesabı açıb 0:1. Estevao 17-ci dəqiqədə fərqlənib.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” və “Çelsi” arasındakı oyun başlayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.

Poliqon xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” meydana çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

“Çelsi” hazırda turnir cədvəlində 13-cü, “Qarabağ” isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.

Xatırladaq ki, “Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşıb.  Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzub.

5 noyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 4-cü tur

21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)

Baş hakim: Sebastian Qishamer (Avstriya)

Tofiq Bəhramov adına Respublika Stadionu.

Komandaların start heyətləri

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

“Çelsi”: Robert Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceyms Qittens, Andrey Santos, Xuan Pedro, Yorrel Hato, Ris Ceyms (k), Tayrik Corj, Estevan Villian, Rameo Lavia.

Poliqon.info

Избранный
12
9
poliqon.info

10Источники