RU

Niyə insanlar toyuq əti yeyir, digər quşları isə...?

Toyuq ətinin insanların qidasında əhəmiyyətli payı var. Məsələn, orta hesabla bir amerikalı il ərzində təxminən 45 kiloqram toyuq ətini istehlak edir. Sual yaranır: Niyə biz digər quşları bu qədər geniş miqyasda yetişdirib yemirik? 

HİT.az xəbər verir ki, bu suala "IFLScience" jurnalı cavab verib.

Müəlliflərin sözlərinə görə, toyuq əti yeməyin əsas səbəbi ondan ibarətdir ki, toyuqlar uçmur. Toyuq ətinin istehlak tarixi qədim keçmişə gedib çıxır və bu tarixin bir hissəsi zamanla itirilib. İngilis təbiətşünas və bioloq Çarlz Darvin ilk dəfə olaraq fərziyyə irəli sürmüşdü ki, bu heyvanlar qırmızı cəngəllik toyuğundan (Gallus gallus) törəyiblər. Onun fikiri ondan ibarət idi ki, onlar xarici bənzərliyə malikdirlər və hər ikisi əhliləşdirməyə qabilidirlər. Sonrakı genetik tədqiqatlar göstərdi ki, onlar çox güman ki, əslində hibrid heyvanlardır.

"Baxmayaraq ki, ev toyuqları mitoxondrial və nüvə genomunun böyük hissəsini qırmızı cəngəllik toyuğundan miras alıb, sarı dəri alleli başqa bir cəngəllik toyuğu növündən – çox güman ki, boz cəngəllik toyuğundan gəlir", deyə toyuqların mənşəyini öyrənən tədqiqatçılar qrupu öz məqaləsində izah edib.

Materialda qeyd olunur ki, toyuqların ilk dəfə harada əhliləşdirildiyi və yeyilməyə başlandığı dəqiq məlum deyil. Əvvəllər alimlər fikir irəli sürmüşdülər ki, bu, təxminən eramızdan əvvəl 2000-ci ildə İndus vadisində baş verib. Daha yeni tədqiqatlar göstərir ki, bu heyvanın əhliləşdirilməsi eramızdan əvvəl 1650-1250-ci illər arasında baş verib.

"Roma İmperiyası toyuq və onun yumurtasının ərzaq kimi populyarlaşmasına səbəb oldu, lakin onların pəhrizin bu qədər mühüm hissəsinə çevrilməsindən əvvəl uzun zaman keçdi. İkinci Dünya müharibəsi və qırmızı ətə çıxışın məhdud olması, şübhəsiz ki, toyuğun bu gün malik olduğu qida statusuna çatmasına səbəb oldu", deyə müəlliflər yazır.

Onun sözlərinə görə, bunun belə olmasının səbəblərindən biri ondan ibarətdir ki, toyuqlar yavaş və kifayət qədər axmaqdırlar, insanlar isə ağıllı və tənbəl: "Onların törəməsi olduğu növ əhliləşdirilməyə hazır idi, çünki onlar insanların yanında yaşamağa məmnun idilər".

Alimlərin fikrincə, toyuqlar əvvəlcə xoruz döyüşləri üçün əhliləşdirilib və məhz bu məqsədlə bütün dünyaya yayılıb. Ərzaq məqsədilə yetişdirilməsi isə daha sonra baş verib.

Qeyd olunur ki, digər quşlar da yemək üçün yararlıdır. Məsələn, göyərçinlər min illərdir ki, yeyilir və qazlar 4-5 min il əvvəl əhliləşdirilib. "Tiger Dove" (fermada yetişdirilən göyərçin) növü müntəzəm şəkildə yeyilir, lakin onlar toyuq qədər məşhur deyil və onları yetişdirmək daha çətindir, çünki cavan quşlar həyatlarının ilk 10 günündə südə ehtiyac duyur.

Qu quşları da yemək üçün yararlıdır. Qərbi Avropada "Səssiz Qu quşu" əsrlər boyu əhliləşdirilib və istehlak edilib – bu, VIII Henrix və I Yelizaveta sarayının sevimli yeməyi olub. Lakin qu quşları ət mənbəyi kimi kök salamayıb, çünki onların ətinin dadı balığa oxşayır və onu bişirmək daha çətindir.

Bir sözlə, müəllif belə bir nəticəyə gəlir ki, insanlar toyuq yeyirlər, çünki onları yetişdirmək asandır və onların ətinin dadı digər quşlardan daha yaxşıdır.

Samir
 

Избранный
77
hit.az

1Источники