RU

İnsinye yenidən A Seriyasında?

İtaliya millisinin və "Napoli"nin sabiq futbolçusu Lorenzo İnsinye karyerasını yenidən A Seriyasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "Toronto" klubundan ayrılıb və hazırda azad agent statusundadır.

İtaliya mətbuatının məlumatına görə, "Latsio" rəhbərliyi İnsinyeni heyətə qatmaq üçün danışıqlara başlayıb. Klub rəhbərliyi oyunçunun təcrübəsini və liderlik xüsusiyyətlərini komanda üçün vacib amil kimi görür.

34 yaşlı futbolçu MLS-də Toronto formasında 70-dən çox oyuna çıxıb, 19 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamil Xudiyev

Избранный
44
1
fanat.az

2Источники