"Bizim üçün böyük qələbədir. Hamını təbrik edirəm"

Offsideplus.az xəbər verir ki, bu sözləri FIBA Avropa Kubokunun I qrupunun IV turunda "Trefl" üzərində qələbə qazanan "Neftçi"nin baş məşqçisi Vitali Stepanovski söyləyib. O, mətbuat konfransında fikirlərini bölüşüb:

"Azarkeşlərə, bizə dəstək olanlara təşəkkür edirəm. "Trefl" yaxşı komandadır. Oyunçularıma, məşqçi heyətimə təşəkkür edirəm. Növbəti oyunlarda daha yaxşısını edəcəyik".