RU

ABŞ silahlı qüvvələri Sakit okeanda narkotik ticarəti ilə məşğul olan daha bir gəmini batırdı

Pentaqonun başçısı Pit Heqset ABŞ prezidenti Donald Trampın göstərişi ilə silahlı qüvvələrin çərşənbə axşamı Sakit Okeanın şərqində terror təşkilatı tərəfindən idarə olunan gəmiyə qarşı “ölümcül kinetik zərbə” endirdiyini açıqlayıb.

O, gəminin narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu söyləyib. Hücum nəticəsində iki heyət üzvü həlak olub: “Kəşfiyyat gəminin qaçaqmalçılıq etdiyi, məlum narkotik qaçaqmalçılığı marşrutundan keçdiyi və narkotik daşıdığı təsdiqlənib… Zərbə zamanı heç bir ABŞ hərbçisi xəsarət almayıb və göyərtədəki iki narko-terrorçu öldürülüb. Vətəndaşlarımızı zəhərləmək üçün Amerikaya narkotik keçirməyə cəhd edən hər bir gəmini tapıb məhv edəcəyik”, – deyə Heqset X sosial media platformasında yazıb. O, həmçinin kartellərin ABŞ ordusuna qarşı heç bir şansının olmadığını vurğulayıb.

Bir həftə əvvəl Pentaqon rəisi Sakit Okeanda dörd narkotik kartel gəmisinin məhv edildiyini bildirmişdi. Hücum nəticəsində 14 nəfər həlak olmuşdu.

//Samir Qurbanov, Editor.az

Избранный
23
editor.az

1Источники