Bakı. Trend:
Belçikanın müdafiə naziri Teo Franken ölkə ərazisində naməlumpilotsuz uçuş aparatlarının müşahidə olunması hallarının artmasısəbəbindən NATO-nun 4-cü maddəsini işə salmaq niyyəti barədəaçıqlama verib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Teo Franken çox ciddi hadisələrinbaş verdiyini bildirib.
Qeyd edək ki, NATO-nun 4-cü maddəsi alyans üzvləri arasındatəhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin başlanmasınınəzərdə tutur.
Nazirin sözlərinə görə, baş verənlər təhlükəsizliklə bağlı çoxciddi narahatlıq doğurur və alyans çərçivəsində bu məsələ üzrətəcili müzakirələr aparılmalıdır.