RU

BMT rəsmisi: Məskunlaşma Proqramı hər bir insan üçün təhlükəsiz, inklüziv və layiqli yaşayış mühiti yaratmağı hədəfləyir

Bakı, 5 noyabr, AZƏRTAC

BMT-nin Məskunlaşma Proqramı şəhərlərin və insan məskənlərinin davamlı inkişafı sahəsində fəaliyyət göstərir. Proqramın məqsədi hər bir insan üçün təhlükəsiz, inklüziv və layiqli yaşayış mühiti yaratmaq, şəhərləri daha yaşana bilən və dayanıqlı etməkdir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) əməkdaşı Anna Soave “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalının açılışında deyib. O bildirib ki, memarlıq, şəhərsalma və dizayn insanların gündəlik həyatına, sosial münasibətlərinə, mədəni kimliyinə və rifahına birbaşa təsir göstərən prosesdir: “Məskunlaşma Proqramı dünyanın müxtəlif ölkələrində hökumətlər, universitetlər, yerli icmalar və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edərək davamlı inkişaf, sosial bərabərlik və ekoloji tarazlıq prinsiplərini reallaşdırır.

Bu proqramın layihələri iqlimə davamlı şəhərlərin yaradılmasından tutmuş, gənclər və qadınlar üçün sosial imkanların artırılmasına qədər geniş sahələri əhatə edir.

Məskunlaşma Proqramının mühüm platformalarından biri Ümumdünya Şəhər Forumudur. Bu Forum dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, memarları, şəhər planlaşdırıcılarını, alimləri və gəncləri bir yerə toplayaraq urbanizasiyanın gələcəyi barədə qlobal dialoqa imkan yaradır.

Proqramın missiyası şəhərləri yalnız gözəl deyil, insan yönümlü və dayanıqlı etməkdir”.

Избранный
34
1
azertag.az

2Источники