Azertag saytına istinadən ain.az xəbər verir.
Vaşinqton, 5 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp hökumətin bağlanmasının Respublikaçılar Partiyasının ötəngünkü məğlubiyyətində ən böyük amil olduğunu açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, o, bu barədə Senatdakı Respublikaçılar Partiyasının təmsilçiləri ilə səhər yeməyində danışıb və ötən gün keçirilən seçkiləri “maraqlı bir axşam” adlandırıb.
O, seçkilərin Respublikaçılar Partiyası üçün yaxşı olmadığını bildirib. "Amma maraqlı bir axşam keçirdik və çox şey öyrəndik", - deyə əlavə edib.
Tramp şatdaun barədə danışaraq, bunu Demokratlar Partiyası tərəfindən yaradılan fəlakət adlandırıb. O deyib ki, demokratlar hakimiyyətə gələrsə, ölkədə çox pis vəziyyət yaranacaq. “Əgər mən dediklərimi etsək, demokratlar heç vaxt hakimiyyətə gələ bilməyəcəklər”,- deyə o vurğulayıb.
Qeyd edək ki, ötən gün ABŞ-da Nyu-Cersi və Virciniya ştatlarında qubernator, Nyu-York şəhərində mer seçkiləri, eləcə də digər bir neçə ştatda yerli idarəetmə orqanlarında seçkilər keçirilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.