RU

3 və daha çox uşağı olan ailələrə pensiya güzəşti AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“3 və daha çox uşağı olan analara pensiyaya 5 il tez çıxmaq imkanı verilməsi dövlətin çoxuşaqlı ailələri stimullaşdırmaq istiqamətində atdığı sosial təşviq addımı kimi qiymətləndirilə bilər. Bu, ailə institutunun güclənməsinə və doğum səviyyəsinin müəyyən qədər artmasına müsbət təsir göstərə bilər”.Bunu Demokrat.az-a sosioloq Sevinc Qasımova bildirib.O diqqətə çatdırıb ki, reallıqda ailələrin uşaq sayına təsir edən əsas amillər sosial təminat, iqtisadi sabitlik, mənzil problemi və qadınların əmək bazarındakı vəziyyəti ilə bağlıdır:“Yəni təkcə pensiya güzəşti ailələrin çoxuşaqlı olmağa qərar verməsində həlledici motivasiya yarada bilməz. Xüsusilə gənc nəsil daha çox maddi sabitliyə, iş imkanlarına və uşaqlara keyfiyyətli təhsil, səhiyyə təmin etməyə üstünlük verir. Bununla belə, belə bir güzəştin tətbiqi cəmiyyətdə çoxuşaqlı ailələrin nüfuzunu artırmaq, anaların sosial statusunu gücləndirmək baxımından müsbət addım ola bilər”. Sosioloq qeyd edib ki, bu təşəbbüs dövlətin ailə institutuna və qadın əməyinə verdiyi dəyəri simvolik şəkildə nümayiş etdirər:“Bununla  paralel şəkildə uşaqpulu sisteminin bərpası, uşaq bağçalarının əlçatanlığı və gənc ailələr üçün sosial dəstək proqramlarının genişləndirilməsi də vacibdir. Əks halda, bu təşviq yalnız kağız üzərində qalar. Belə güzəşt demoqrafik artımı qismən təşviq edə bilər, amma əsl effekt üçün ailələrin sosial rifahı və qadınların sosial təminatı geniş miqyasda yaxşılaşdırılmalıdır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
2
demokrat.az

3Источники