RU

Uçan maşın buraxacaqlar

Çində “XPeng” elektrik avtomobilləri istehsal edən şirkət uçan avtomobillərin sınaq istehsalına start verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Bildirilir ki, “XPeng” şirkətinin tərkibində fəaliyyət göstərən və uçan avtomobillərin hazırlanmasında ixtisaslaşan “XPeng Aeroht” müəssisəsi dünyada ilk intellektual elektriklə işləyən, şaquli qalxma və enmə funksiyasına malik uçan avtomobillərin sınaq seriyalı istehsalına başlayıb.

Məlumata görə, müəssisə Çinin cənubundakı Quandun əyalətinin Quanqcou şəhərində yerləşir və ümumilikdə 120 min kvadratmetrlik sahəni əhatə edir. Zavodun istehsal gücü olduqca yüksəkdir və tam avtomatlaşdırılmış rejimdə hər bir avtomobilin yığılması cəmi yarım saat çəkir.
Избранный
16
3
sherg.az

4Источники