Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener “Qarabağ” – “Çelsi” qarşılaşmasını şərh edəcək.
Metbuat.az-ın məlumatına görə, bu axşam keçiriləcək oyunun şərhini azərbaycanlı idman şərhçisi Pərviz Musayevlə birlikdə Ertem Şener aparacaq.
Azərbaycan tele-idman tarixində ilk dəfədir ki, azərbaycanlı və türkiyəli şərhçilər eyni oyunda çıxış edəcək.
Xatırladaq k, Ertem Şener dünən “Qarabağ”ın oyununa üçün Bakıya gəlib.
Qeyd edək ki, "Qarabağ” - "Çelsi” qarşılaşması saat 21:45-də “CBC Sport”da canlı yayımlanacaq.
Sevinc İbrahimzadə / Metbuat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.