RU

Mehdiyevə görə böyük “təmizlik”: Milli Məclis buraxılır, icralar ləğv edilir, lakin…

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin istintaqı çərçivəsində ictimai və siyasi sferada Milli Məclisin buraxılması, həmçinin yerli icra hakimiyyətlərinin ləğvi məsələsi ciddi müzakirə olunur.

Məlumata görə, dövlət çevrilişinə cəhddə ittiham olunan Mehdiyevin parlamentdə, eyni zamanda dövlət qurumları və icra orqanlarında dəstəkçiləri var. Vaxtilə məhz onun təyin etdiyi kadrların bu gün hələ də yüksək vəzifələrdə çalışdığı deyilir. Bu səbəbdən də ölkə daxilindəki təsir imkanlarının tamamilə aradam qalxmadığı güman edilir.

Parlamentin buraxılması hazırkı vəziyyətdə dövlət üçün nə dərəcədə prioritet hesab edilir?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Milli Məclisin buraxılması və yerli icra hakimiyyətlərinin ləğvi dövlətin qərar verəcəyi məsələdir

“Ramiz Mehdiyev mövzusu ətrafında müzakirələrin davam etməsi fonunda fərqli versiyaların və detalların ortaya çıxması təbiidir. Hazırda araşdırmalar gedir. Onun “Dövlət Şurası” ideyası üçün nəzərdə tutduğu 50 nəfərlik siyahısında adı keçən şəxslərin kimliyi yəqin ki, tam açıqlanacaq. Lakin bunun nə zaman baş verəcəyini demək çətindir. Onsuz da bəzi adlar ictimaiyyətə məlumdur.

Milli Məclis və yerli icra hakimiyyətlərində ona sadiq kadrların olması mümkündür, lakin konkret ad çəkmək indilikdə çətindir. Bəzən gözlənilməz şəxslərin adı hallana bilər. Hesab edirəm ki, ən düzgün addım dövlətin araşdırma aparması və gördüyü tədbirlərdir”. 

Politoloq Turab Rzayev isə deyib ki, dövlət idarəçiliyinin təşkili və kadr siyasəti yeni təyinatlar baxımından üç əsas istiqamətdə aparılmalıdır:

“Birincisi, ümumiyyətlə, sistem yenidən qurulmalıdır. İcra başçıları institutu özünü doğrultmur. SSRİ dövründə rayon partiya təşkilatları vardı və icra hakimiyyəti anlayışı da, əslində onun davamıdır. Buna alternativ olaraq Türkiyədəki vali sisteminə bənzər şəkildə prezidentin xüsusi nümayəndəlikləri yaradılmalıdır. Bu model bir müddətdir Qarabağda və Naxçıvanda tətbiq olunur. Hesab edirəm ki, eyni sistem bütün ölkə ərazisində formalaşdırılmalıdır.

Избранный
2
2
bakuinfo.net

3Источники