RU

Ermənistan-Türkiyə sərhədi yanvarda üçüncü ölkə vətəndaşları üçün açılacaq – Türkiyəli sabiq deputat


Türkiyədə sabiq deputat Karo Paylan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində nikbin proqnozlar verib.
Yeniavaz.com
xəbər verir ki, o, noyabrın 5-də jurnalistlərlə söhbətində bildirib ki, sərhədin yaxın aylarda açılması ehtimalı yüksəkdir.
Paylan qeyd edib ki, gələn ilin yanvar və ya fevral aylarında bu istiqamətdə “çox müsbət irəliləyişlərin” şahidi olacağıq: “Əgər hər şey qaydasında getsə, əvvəlcə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq, daha sonra isə Türkiyə və Ermənistan vətəndaşları da sərhəddən keçə biləcəklər. Mən bu münasibətlərin parlaq gələcəyini görürəm”.
Избранный
37
yeniavaz.com

1Источники