RU

Bakıda daha bir sosial ev dələduzluğu

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sifarişi ilə tikilən sosial evlərlə bağlı daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb. 

Qaynarinfo-nun məlumatına görə, Mehman Məmmədov (şərti) adlı şəxs Aytən Hüseynova (şərti) adlı vətəndaşa MİDA-nın sifarişi ilə Yasamalda tikilən sosial evlərdən mənzil almaqda kömək edəcəyini deyərək ondan 6000 manat pul alıb. 

Lakin o verdiyi vədi yerinə yetirməyib. Aytən Hüseynova hadisə barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında faktla bağlı Cinayət Məcəlləsinin 178. 2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə zamanı Mehman Məmmədov verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, iddia edib ki, Aytən Hüseynovadan sadəcə borc pul alıb. Həmin məbləğin də 4200 manatını ödəyib. 

Aytən Hüseynova isə bildirib ki, Mehman Məmmədovu qohumuna görə tanıyıb və ona borc verməsi mümkün deyil. Zərəçəkmiş deyib ki, Mehman Məmmədov ona sosial evlərdən mənzil almaqda yardım edəcəyini və bunun üçün də 6000 manat pul lazım olduğunu bildirib. O, sonradan aldadıldığı başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. Zərəçəkmiş həmçinin bildirib ki, Mehman Məmmədov bu adla bir neçə vətəndaşı aldadıb. 

Məhkəmənin hökmü ilə Mehman Məmmədov 2  il 5 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Qeyd edək ki, bundan əvvəl də sosial evlərlər bağlı bir neçə dələduzluq cinayəti baş verib. 

Seyid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
1
qaynarinfo.az

2Источники