RU

"iPhone"lara yeni xüsusiyyət gəlir

"Apple" iOS 26.2 yeniləməsi ilə "iPhone"lara yeni xəbərdarlıq sistemi gətirir.

Publika.az xəbər verir ki, artıq "iPhone" istifadəçiləri də heç bir tətbiq tələb etmədən zəlzələ xəbərdarlığı bildirişləri alacaqlar.

Parametrlər menyusundakı "Bildirişlər" bölməsində yerləşən bu xüsusiyyət, istifadəçilərə yerləşdikləri yerə xas xəbərdarlıqları fərdiləşdirməyə imkan verir.

"Apple" həmçinin istifadəçilərə bu sistemin daha dəqiq işləməsi üçün təxmini yerlərini paylaşmağa imkan verir. "iOS 26.2"də bunun üçün xüsusi bildiriş səsi də olacaq.

Избранный
29
publika.az

1Источники