Böyük Britaniyanın Bakıdakı səfiri Ferqyus Old UEFA Çempionlar Liqasının 4-cü turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) görüşündə Ağdam təmsilçisini dəstəkləyəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki paylaşım edib.
Səfir qeyd edib: "Bu axşam "Qarabağ" FK "Çelsi" ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və "Qırmızı Şeytan" ("Mançester Yunayted" azarkeşi - red.) kimi bu axşam ev sahibi komandanı dəstəkləyəcəyəm". Marqarita pizza
Telegram kanalımız