RU

Nepalda ölən italiyalı alpinistlərin sayı 3 ə çatıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Roma, 5 noyabr, AZƏRTAC

Nepalda müxtəlif dağ zirvələrində qar uçqunu nəticəsində itkin düşən və cəsədləri aşkarlanan italiyalı alpinistlərin sayı 3-ə çatıb.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Nepalın yerli hakimiyyət orqanlarının indiyə qədər üç italyan alpinistin ölümünü təsdiqlədiyini açıqlayıb.

Digər italiyalı alpinistlərin axtarışları isə davam edir. Onların sayının 7 nəfər olduğu bildirilib.

Nazirlik Nepalın müvafiq dövlət orqanları, xilasetmə əməliyyatlarına cavabdeh qurumları və diplomatik nümayəndəliklə koordinasiyanın davam etdiyini bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
58
1
azertag.az

2Источники