RU

Ankara Universitetinin rektoru: Azərbaycandakı akademiklərlə və müəllimlərlə ortaq planlarımızı genişləndirməliyik

Bakı, 5 noyabr, AZƏRTAC

Bu gün AMEA ilə Ankara Universiteti arasında ciddi əməkdaşlıq əlaqələri var. Təsadüfi deyil ki, 80 illik yubileyi biz öncə Ankara Universitetinin ev sahibliyi və Türkiyə Elmlər Akademiyası ilə birlikdə geniş qeyd etdik. Bu baxımdan, biz AMEA-nın bugünkü uğurlarını və yüksəldiyi səviyyəni görəndə öz uğurlarımız qədər sevinirik və bunu Türkiyə və Azərbaycanın ortaq qazancı hesab edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ankara Universitetinin rektoru professor Necdet Ünüvar deyib. Rektor Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirakından məmnunluğunu ifadə edib: “Biz AMEA ilə, o cümlədən hörmətli Azərbaycan alimi və hazırda Akademiyanın prezidenti olan İsa Həbibbəyli ilə uzun illərdir sıx əməkdaşlıq edirik”.

N.Ünüvar əlavə edib ki, bu gün Azərbaycandakı akademiklərlə, universitetdə çalışan müəllimlərlə sıx əlaqələr, ortaq elmi məsləhətləşmələr mövcuddur: “Bu baxımdan, ortaq planlarımızı, ideyalarımızı daha da genişləndirməli və inkişaf etdirməliyik. Həm də ona görə etməliyik ki, Türkiyə və Azərbaycan xalqlarının ortaq mənafeyi bunu tələb edir”.

Избранный
21
2
azertag.az

3Источники