RU

Sumqayıtda təhlükə yaradan sürücü görün özünə necə haqq qazandırdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Sumqayıt şəhəri, Babək küçəsində qayda pozan sürücülər avtomobilin kamerasına düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, “Opel” markalı və 50-CB-878 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobillərin sürücüləri qəza şəraiti yaradıblar. Belə ki, “Opel”in sürücüsü qoşa xətdən keçərək əks istiqamətli yola çıxıb. Bu zaman “Mitsubishi”nin sürücüsü onu görərək qəfil sağa manevr edib. Nəticədə o, görüntünü qeydə alan avtomobilin zolağına daxil olub və ona təhlükə yaradıb. Qəza riski ilə üzləşən sürücü daha sonra ona yaxınlaşaraq irad bildirib. Qayda pozan şəxs isə cavabında “Onsuz arxadasan” deyərək törətdiyi xətaya haqq qazandırıb.

Qeyd edək ki, qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxmaq və digər nəqliyyat vasitəsinin zolağına qəfil daxil olmaq yol hərəkəti təhlükəsizliyinin pozulması hesab olunur və inzibati məsuliyyət daşıyır.

Xüsusən sürücülər sıxlıq və məhdud görmə şəraitində, qoşa xəttin və zolaq tələblərinin pozulmaz olduğunu unutmamalıdır. Qısa yol axtarmaq və ya qarşıdakı avtomobili keçmək cəhdi bir anın içində ağır nəticələrə gətirib çıxara bilər.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
avtosfer.az

1Источники