RU

“Qarabağ” “Çelsi”yə böyük hesabla uduzdu

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxıb.

İdmanxeber.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv “Çelsi”nin U-19 komandası ilə qarşılaşıb. “Azersun Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi 0:5 hesabı ilə məğlub olub.

Xatırladaq ki, “Qarabağ”ın U-19 komandası Gənclər Liqasında bundan əvvəl “Benfika”ya (Portuqaliya) 1:7, “Kopenhagen”ə (Danimarka) 0:5, “Atletik”ə (İspaniya) isə 0:3 hesabı ilə uduzub.

Hazırda “Çelsi” 12 xalla 1-ci, xalı olmayan “Qarabağ” isə 36-cı pillədə qərarlaşır.

Избранный
14
3
idmanxeber.az

10Источники