RU

Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının nümayəndələri Polşada səfərdə olublar - FOTO

BAKI, 5 noyabr. TELEQRAF

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının nümayəndələri 2025-ci il 29-30 oktyabr tarixlərində Polşa Respublikasının paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təşkilatçılığı ilə “Qanunun aliliyi və məhkəmə hakimiyyətinin müstəqilliyi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Bu barədə Teleqraf-a Məhkəmə-Hüquq Şurasından bildirrilib.

Məlumata görə, konfransın əsas məqsədi məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi, məhkəmə orqanlarının hesabatlılığı, şəffaflıq və ictimai etimadın artırılması sahəsində qabaqcıl beynəlxalq təcrübənin mübadiləsi olub.

Ali məhkəmənin hakimi Rəşad Həsənov tərəfindən məhkəmə-hüquq sistemində həyata keçirilən son islahatlar, məhkəmə hakimiyyətinin institusional inkişafı, məhkəmə hesabatlılığı baxımından məhkəmə statistikasının beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla yeni formalarının təsdiqi sahələrində görülmüş işlər, hakimlərin institusional müstəqilliyini təmin edən mexanizmlər barədə ətraflı məlumat verilib. O cümlədən yeni inzibati icraat qanunvericiliyinin tətbiqinin vətəndaşların dövlət orqanlarının qərar və hərəkətlərinə qarşı hüquqlarının qorunmasında keyfiyyətcə yeni mərhələ olduğu vurğulanıb.

Səfər çərçivəsində mübadilə edilən bilik və təcrübələrin, Azərbaycan məhkəmə sisteminin təkmilləşdirilməsi üçün faydalı olacağı qeyd edilib. Bu səfər həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ədalət mühakiməsinə etimadın artırılması, hüququn aliliyi və effektiv inzibati məhkəmə prinsiplərinin inkişafına təkan verəcək.

Избранный
49
teleqraf.com

1Источники