RU

Monqolustandan gətirilən əti yeyə bilərik? -Eyyub Hüseynov AÇIQLADI

Son günlər Monqolustandan Azərbaycana idxal olunan qoyun əti cəmiyyət arasında geniş müzakirələrə səbəb olub. Vətəndaşlar əsasən həmin ətin İslam qaydalarına uyğun kəsilib-kəsilmədiyini və qiymət fərqinin səbəbini müzakirə edirlər. Hazırda bu ətin satış qiyməti təxminən 12 manatdır.

Bəs Monqolustandan gətirilən bu ət dini qaydalara uyğun şəkildə kəsilirmi? Onun qiymətinin aşağı olmasının səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, Monqolustan böyük heyvandarlıq ölkəsidir:

"İran oradan qoyun ətini bizdən qat-qat çox alır. Lakin Azərbaycan vətəndaşları donmuş ətlərə üstünlük vermirlər, ona görə də qiymət nisbətən ucuzdur. Təhlükəsizlik nöqteyi-nəzərindən tam təhlükəsizliyi təmin olunmuş ətlərdir. Yəni Qida Təhlükəsizliyi Agentliyinin tam nəzarəti altındadır".

Ekspert Monqolustandan gətirilən ətin İslam qaydalarına uyğun kəsilib-kəsilmədiyi haqqında məlumatsız olduğunu bildirdi.

"Amma normal ət­dir. Lakin dad etibarilə Azərbaycan ətlərindən geri qalır. Çünki istehlakçılar bu barədə mənə məlumat verirlər. Hətta məşhur restoranlarda qoyun əti kababı, lüləsini yeyəndə mənə zəng vurub deyirlər ki, dadı aşağıdır. Yəqin ki, bu, Monqolustan ətidir. Bilmirəm, nə dərəcədə doğrudur. Lakin istehlakçıların ümumi fikri bu cürdür. Hətta ölkənin hər yerindən bu barədə mənə zəng vurub deyirlər. Yəni normal, təhlükəsizliyi təmin olunmuş ətlərdir", - deyə Eyyub Hüseynov yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Избранный
29
3
redaktor.az

4Источники