RU

Ronaldo: “Tezliklə karyeramı başa vuracağam”

Portuqaliya millisinin və “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.

Msport.az xəbər verir ki, 40 yaşlı hücumçu yaxın müddətdə yaşıl meydanlarla vidalaşacağını deyib:

“Tezliklə karyeramı başa vuracağam. Amma buna hazır olacağımı düşünürəm. Asan olmayacaq. Yəqin ki, ağlayacağam. Mənim üçün ağlamaq çətin deyil, hisslərimi gizlətmirəm. Mən dürüst və açıq insanam”.

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür. Ulduz hücumçu karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un da formasını geyinib.

Избранный
5
3
msport.az

4Источники