RU

Yaponiyada ilginc əməliyyat: ayıya görə səfərbər oldular

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Yaponiya hakimiyyəti bir neçə prefekturada ayı hücumları ilə mübarizə aparmaq üçün qoşun yerləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, Yaponiyanın özünümüdafiə qüvvələri Kazuno şəhərində əməliyyata başlayıb.

“Missiyanın bir hissəsi olaraq, hərbçilər ayı tələlərinin daşınması, qurulması və sınaqdan keçirilməsinə kömək edəcəklər. Məlumata görə, heyvanların vurulmasına təlim keçmiş ovçular cavabdeh olacaq.

Vətəndaşlar təhlükəni hər gün hiss edirlər. Bu, insanların həyat tərzinə təsir göstərərək, onları evdə qalmağa və ya tədbirləri ləğv etməyə məcbur edib”, – şəhər meri Kazuno Şinji Sasamoto deyib.

Yaponiyanın Ətraf Mühit Nazirliyinin məlumatına görə, aprel ayından bəri ölkədə 100-dən çox ayı hücumu baş verib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
globalinfo.az

1Источники