Avropa Voleybol Konfederasiyası Eldar Zülfüqarova yeni təyinat verib.
Offsideplus.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov noyabrın 6-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək kişilər arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin matçını idarə edəcək.
O, "Melina Merkuri" arenada gerçəkləşəcək "Olimpiakos" (Yunanıstan) - "Quaquas" (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Görüşün ikinci hakimi funksiyasını polşalı Aqneşka Miçlik yerinə yetirəcək.