RU

Fransa gələcək toqquşmaya hazırlaşır: müdafiə naziri 8 prioritet elan etdi

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paris, 5 noyabr, AZƏRTAC

Fransada təhlükəsizlik mühitinin getdikcə gərginləşdiyi vaxtda müdafiə naziri Ketrin Votren ölkənin qarşılaşa biləcəyi “sarsıntı”ya hazır olmaq məqsədilə səkkiz prioritet sahəni müəyyənləşdirib.

AZƏRTAC xəbər verir ki, 2026-cı ildən 2030-cu ilə qədər qüvvədə olacaq Hərbi Planlaşdırma Qanununun (LPM) üçüncü tətbiq ili olacaq. Bu çərçivədə Ketrin Votren artıq yeni büdcə layihəsi üzərində çalışır. O, Senatda çıxışı zamanı qeyd edib ki, müasir dünya mürəkkəbləşir, risk və qeyri-müəyyənlik dərəcəsi Fransanın son onilliklərdə rastlaşmadığı səviyyəyə çatıb, buna görə də Fransa ordusu hazır olmalıdır. Ketrin Votren 2026-cı il üçün səkkiz əsas sahəni prioritet elan edib. Bu istiqamətlər böyükmiqyaslı qarşıdurmaya qarşı ən vacib qabiliyyətlərin sürətləndirilməsi məqsədini daşıyır. Əsas diqqət sursat ehtiyatlarına yönəldilib.

Nazir bildirib ki, sursat ehtiyatları kifayət etmir. Məsələ yalnız maliyyədə deyil, həm də müdafiə sənayesinin istehsal imkanları ilə bağlıdır. Bu istiqamətdə 7,3 milyard avroluq investisiya planlaşdırılır. Bu vəsaitin bir hissəsi “kamikadze dronlar” və hava raketlərinin alınmasına sərf olunacaq. İnnovasiya sektoru üçün 1,3 milyard avro ayrılacaq. Bu vəsait yeni texnologiyaların hazırlanması və kiçik müəssisələrə (PME/PMI) dəstək məqsədilə istifadə olunacaq.

Hava hücumundan müdafiə sistemləri üçün 900 milyon avro, süni intellekt layihələri üçün isə 400 milyon avro ayrılacaq. Quru Qoşunlarının robotlaşdırılmış “Pendragon” layihəsi də bu çərçivədə inkişaf etdiriləcək.

Dron və robot texnologiyaları üçün 600 milyon avro nəzərdə tutulub. Kəşfiyyat sahəsində isə büdcə əhəmiyyətli dərəcədə artır: Xarici Kəşfiyyat Baş İdarəsinə (DGSE) 15%, Hərbi Kəşfiyyat İdarəsinə 11%, Müdafiə Təhlükəsizliyi və Kəşfiyyat İdarəsinə isə əlavə 5% maliyyə artımı planlaşdırılır.

Fransanın 2026-cı il müdafiə büdcəsi, ölkənin artan geosiyasi risklər fonunda özünü gələcək sarsıntılara hazırlamaq istiqamətində ciddi bir addım hesab olunur. Ketrin Votrenin rəhbərliyi altında hazırlanan bu plan həm ordunun texnoloji yenilənməsini, həm də milli müdafiə sənayesinin istehsal gücünün artırılmasını hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
azertag.az

2Источники