RU

Dabaq xəstəliyi toyuq bazarını da “vurdu”: Qiymətlərdə artım var?

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə heyvan bazarlarının 25 oktyabrdan bağlanması ət bazarında ciddi böhran yaradıb.

Mal ətinin qıtlığı insanları kütləvi şəkildə toyuq ətinə yönəldib. Tələbatın kəskin artması isə bəzi mağazalarda toyuq məhsullarının çoxsaylı alınmasına və nəticədə qıtlıq yaranmasına səbəb olub. Hazırda bir sıra satış nöqtələrində toyuq tapmaq çətinləşib.

Təlabatın artması ilə bağlı toyuq istehsalında dəyişiklik edilibmi? Tələbatı qarşılamaq üçün yaxın dönəmdə istehsalın daha da artırılması planlaşdırılırmı?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Azərbaycan Quş Əti və Yumurta İstehsalı və İxracatı Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, kifayət qədər istehsal olduğu üçün tələbatın artdığı elə də hiss olunmur:

“Toyuq əti bazarında hələlik ciddi dəyişiklik görmürəm. Bəlkə də kifayət qədər istehsal olduğu üçün tələbatın artdığı hiss olunmur. Göründüyü kimi, qiymətlərdə də artım müşahidə edilmir, hazırda qiymətlər stabil qalır. Hətta keçən ilin qiymətləri ilə müqayisədə toyuq ətinin qiyməti daha ucuzdur".

O qeyd edib ki, son dövrdə də vəziyyət stabil olaraq qalır:

“Nə yumurta, nə də toyuq ətinin mövcudluğunda problem yoxdur. İstehsal prosesi plan üzrə davam edir - həm toyuq əti, həm də yumurta ilə bağlı anbar ehtiyatlarımız kifayət qədərdir”.

Gülər

“Cebheinfo.az”

Açar sözlər:

Dabaq xəstəliyi toyuq bazarı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
cebheinfo.az

2Источники