RU

Gündüz İsmayılov: “Müxtəliflik rəngi” festivalının məqsədi Azərbaycandakı tolerantlıq mühitini nümayiş etdirməkdir


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Konstitusiya və suverenlik ili” çərçivəsində bir sıra tədbirlər həyata keçirir.
Bunu jurnalistlərə Bakıda keçirilən “Müxtəliflik rəngi” festivalında Komitənin nümayəndəsi Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, bu gün keçirilən festival həm forması, həm də məzmunu baxımından əvvəlki tədbirlərdən xeyli fərqlənir.
“Bu tədbirin məqsədi Azərbaycanda mövcud olan tolerantlıq atmosferini, dini konfessiyalararası dialoqu, dini icmalar arasında birliyi, həmçinin milli və mənəvi dəyərlərimizə sədaqəti nümayiş etdirməkdir. Bu dəyərlər Azərbaycan kimliyinin ayrılmaz tərkib hissəsidir,” – deyə Gündüz İsmayılov qeyd edib.

Избранный
12
1
baki-xeber.com

2Источники