RU

Məktəb direktorlarının fəaliyyətinə nəzarət necə aparılır? - RƏSMİ

Son vaxtlar ümumi təhsil müəssisələrinin direktorlarının fəaliyyətində yol verdikləri nöqsanlara görə işdən azad olunmaları aktual mövzulardan birinə çevrilib.

Maraqlıdır, Azərbaycanda ümumi təhsil müəssisələrində direktorların yoxlanılması hansı müddət aralığında aparılır?

Bu məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirlib ki, Elm və Təhsil Nazirliyinin hər il üçün Fəaliyyət Planında yer alan “Ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və tətbiqi” fəaliyyəti çərçivəsində məktəblərdə keyfiyyət monitorinqləri həyata keçirilir:

"Bu monitorinqlər 4 istiqamət üzrə aparılır və hər bir müəssisə üzrə fərdi hesabat hazırlanır. Qeyd edilən istiqamətlərdən biri liderlik və idarəetmə olduğundan, monitorinqlər zamanı məktəbin idarəetmə heyətinin fəaliyyəti də qiymətləndirilir.

Bununla yanaşı qeyd edirik ki, vətəndaş və valideyn müraciətlərinə də xüsusi həssaslıqla yanaşılır. Bu çərçivədə aparılan araşdırmalar nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür. Qeyd edirk ki, məktəbəqədər təhsil müəssisələrində yaşana biləcək neqativ halların qarşısının alınması və qanunvericiliyə uyğun müvafiq addımların atılması daim diqqət mərkəzində saxlanılır".

Избранный
22
azedu.az

1Источники