RU

“Slaviya” “Arsenal” oyununun hakimi Əliyar Ağayevin idarəçiliyinə İngiltərə və Çexiyadan reaksiyalar in ARAŞDIRMASI

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanlı hakim Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Slaviya” (Praqa) – “Arsenal” (London) oyunundan sonra Avropa mediasının diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, qarşılaşma London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə əsas müzakirə mövzusu Əliyar Ağayevin qərarları və VAR sisteminin rolu olub.

32-ci dəqiqədə Əliyar Ağayev “Slaviya”nın futbolçusu Lukaş Provodun topa əllə toxunmasına görə penalti təyin edib. 11 metrlik cərimə zərbəsi VAR-da incələnib. Bu epizoddan sonra Bukayo Saka hesabı açıb. Oyunun sonlarında isə “Slaviya”nın xeyrinə verilə biləcək penalti VAR tərəfindən ləğv olunub. Hər iki qərar həm İngiltərədə, həm də Çexiyada geniş müzakirələrə səbəb olub.

“The Guardian” qəzeti canlı bloqunda yazıb ki, “hakim iki dəfə VAR siqnalı ilə monitora yaxınlaşdı və epizodların qaydalar çərçivəsində izahına uyğun qərarlar qəbul etdi”.

Nəşr vurğulayıb ki, bütün epizodlar ardıcıl və Çempionlar Liqasının qaydalarına uyğun şəkildə həll olunub. Qəzet, həmçinin, “Slaviya”nın ləğv edilmiş penalti epizodunu “Arsenal”ın soyuqqanlı və nəzarət altında keçirdiyi oyunun bir hissəsi” kimi dəyərləndirib.

Britaniya mediası ümumilikdə ölçülü-biçili və neytral mövqe sərgiləyib, ümumi ton sakit və balanslı olub.

Çexiyada da qərarların prosedur baxımından düzgün olduğu təsdiqlənib. Bununla belə, “Football Club” nəşri azərbaycanlı hakimin qərarlarının sərtlik dərəcəsini müzakirəyə çıxararaq, söhbətin qaydaların izahından getdiyini qeyd edib.

Azarkeşlərin reaksiyası isə daha emosional olub. “Denik” qəzetinin yazdığına görə, Əliyar Ağayev “Slaviya”nın xeyrinə verilmiş penalti qərarını ləğv etdikdən sonra tribunadan “UEFA Mafia!” şüarları səslənib. Buna baxmayaraq, Praqa klubunun hakimliklə bağlı rəsmi şikayəti olmayıb.

Xatırladaq ki, Praqadakı oyunda Əliyar Ağayevə kömək edən yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli olub. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. VAR sistemi üzərində nəzarət isə niderlandlı mütəxəssislər Rob Diperinq və Yerun Mansxota həvalə olunub.

Teymur Tuşiyev

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
icma.az

2Источники